Aprelin 22-də Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli bina çöküb.

Hürriyet xəbər verir ki, hadisə zamanı insan təlafatı qeydə alınmayıb. İki avtomobil dağıntılar altında qalıb.

Şökən ev və ətrafdakı daha 21 bina qəzalı vəziyyətdə olduğundan sakinlər bir müddət əvvəl evlərindən çıxarılıb.

Kağıthanə bələdiyyə rəhbəri Mevlut Öztekin sabahdan etibarən qəzalı evlərin söküləcəyini bildirib.

Загрузка...