Dünyada qadın qıtlığı yaranıb – 22,5 milyon çatışmır

Dünyada qadın qıtlığı yaranıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, PNAS jurnalında dərc edilən araşdırmanın nəticəsinə görə, dünyada 22,5 milyon qadın çatışmır.

Alimlər hesablayıb ki, qızların daha az doğulduğu 12 ölkədə nisbət pozulub. Bu hal özünü daha çox Hindistan və Çində büruzə verib.

Belə ki, 1970-ci ildən 2017-ci ilə qədər Hindistanda 11,9 milyon, Çində 10,6 milyon qız uşağı azlığı olub.

Çində qız uşaqlarının çatışmamasına səbəb bir ailədə bir uşaq siyasəti, Asiya ölkələrində isə selektiv abortlardır.

Загрузка...