Bacısı ərinin təcavüz etdiyi qadının DƏHŞƏTLİ ETİRAFLARI - VİDEO

Doğum evində atılan 32 yaşlı Aynur adlı xanım anasının axtarışına çıxıb.

BAKU.WS xəbər verir ki, o, anasını görmək arzusu ilə “Səni axtarıram” verilişinə üz tutub.

Xoşqədəm Hidayətqızı Aynurun anasını İstanbulda tapıb. Qadının etirafları hər kəsi dəhşətə gətirib.

Bacısının əri tərəfindən təcavüzə uğrayaraq bakirəliyinin pozulduğu, elə həmin gecə hamilə qaldığını, uşağı dünyaya gətirdikdən sonra doğum evində buraxdığını etiraf edib.

Daha sonra bir Türkmənistan vətəndaşı ilə ailə quraraq Azərbaycanı tərk edib. Bu evliliyindən 3 uşağı var. Məsələ burasındadır ki, o, Aynurun varlığını həyat yoldaşından və uşaqlarından gizli saxlayıb.

Qadın doğum evində atdığı körpəsinin bir gün onu tapacağı qorxusu ilə 32 ildir hər gün ölüb dirildiyini deyir. İndi o, ərinə və uşaqlarına nə cavab verəcəyini bilmir.

“Mənə dərman verdi. Ondan sonra heç nə xatırlamıram. Səhər oyananda anladım ki, bakirəliyimi pozub. Heç kimə deyə bilmədim. Qardaşlarım bilsəydi pis şeylər olacaqdı. Çox qorxurdum. İnsanlar bir dəfə ölür, amma mən 32 ildir hər gün ölürəm. Bu mənim alnımın qara yazısıdır”-deyib.

Xoşqədəm Hidayətqızı Aynurun anasının danışdıqlarından dəhşətə gəldiyini deyir:

“Mən qarşımda bu illər ərzində gördüyüm talelərin ən dəhşətlisini gördüm. Mən bu çəkilişin ömrümdən, yaddaşımdan silinməsini istəyirəm”.

Ekspertlər və tamaşaçılar qadının danışdıqlarından dəhşətə gəliblər.

Qeyd edək ki, qadın 31 ildir Türkiyədə yaşayıb, 1 ildir işləmək üçün əri ilə birlikdə Türkiyəyə gəlib.

Aynuru doğum evində atan qadının etiraflarının bir hissəsini təqdim edirik:

Загрузка...