Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

Medianews.az-ın məlumtına görə, bu barədə “Ölkə.Az”ın əldə etdiyi xəbərdə bildirilir ki. məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.

Əməkdaşımız iddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlayıb. Direktor əməkdaşımızla söhbətində belə bir hadisədən xəbərdar olmadığını bildirib.

1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.

Загрузка...