Ukrayna prezidentliyinə namizəd, “exit-poll”un nəticələrinə görə qalib hesab olunan Vladimir Zelenski bəyan edib ki, onun ilk işi “bütün məhbus və əsirləri” ölkəyə qaytarmaq olacaq.
Zelenski bildirib ki, Donbasdakı silahlı münaqişənin həlli üzrə işləri davam etdirəcək. O, həmçinin Ukraynanın Baş Prokurorunu vəzifəsindən azad edəcəyini, yeni komanda ilə işləyəcəyini qeyd edib.
Zelenski Prezident Administrasiyasının yeni binaya köçürüləcəyinə də vəd verib.
Poroşenkoya hər hansı bir vəzifə verilib-verilməyəcəyi barədə sualı isə Zelenski belə cavablandırıb:
“Mən bu məsələ ilə bağlı ictimaiyyətə müraciət edəcəm. Əgər xalq onu hər hansı bir postda görmək istəsə, ola bilər. Hələlik bilmirəm”.