Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Vladimir Zelenskinin qələbəsindən sonra ölkəyə geri dönmək istədiyini deyib.
Musavat.com xəbər verir ki, Ukraynanın “Obozrevatel” saytının məlumatına görə, gürcü siyasətçi artıq dönüş biletinin cibində olduğunu söyləyib.
“Bileti artıq almışam. Bu gün vəkilim vasitəsilə Ukrayna Təhlükəsizlik Xİdmətinin direktoru Vasili Qritsaka məktub göndərərək mənim Ukraynaya gəlmək yasağının götürülməsini istədim. Kiyevdə olmağı çox istəyirəm və Ukraynanın sadə vətəndaşı kimi onun inkişafının bir hissəsi olmağı arzulayıram”,-deyə M.Saakaşvili bəyan edib.
Qeyd edək ki, bundan öncə Saakaşvili Vladimir Zelenskiyə korrupsiyalaşmış elitayla mübarizədə kömək etmək istədiyini bildirmişdi.
Seçkilərin qalibi Vladimir Zelenski isə sanki Saakaşvilinin səsini eşidirmiş kimi öncə onun əsas düşmənlərindən, baş prokuror Yur Lutsenkodan qurtulacağını açıqlayıb.
Ukraynanın keçmş prezident Leonid Kuçma isə seçkilərin növbəti qalibinə sadəcə yazığı gəldiyini sölyəyib. Onun sözlərinə görə, yeni dövlət başçısını Donbas savaşı, iflas olan iqtisadiyyat kimi problemlər gözləyir.
L.Kuçma yeni prezidnetə “az vəd, çox iş məsləhət görüb”.