Bakıda gənc qızın klinikada müəmmalı ölümü: günahkar “Baku Medical Plaza”dır?

Aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra gecə saatlarında vəfat etdiyi barədə məlumat vermişdik. Onun yaxınlarının trend-ə verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Aprelin 17-də baş tutan […]

Milli Məclisin deputatı Araz Əlizadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb. Medianews.az-ın məlumatına görə, bunu Araz Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, sahibsiz itlərin hamısı öldürülməlidir: “Sahibsiz itləri öldürən adamlara qarşı cərimə tətbiqi düzgün deyil. Sovet İttifaqı dövründə də sahibsiz itlər öldürülürdü. Hətta, bununla bağlı xüsusi İdarə var idi. Sahibsiz itləri […]

Avropalı milyarder Şri-Lankada üç övladını itirdi - FOTO

Pasxa bazarı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində həlak olanlar arasında Danimarkanın ən zəngin vətəndaşının üç övladı da yer alır. Oxu.az-ın xəbərinə görə,bu barədə “Life” xəbər verir. 46 yaşlı Anders Holç Povlsen – “Bestseller” mağazalar şəbəkəsinin sahibi və “Asos” şirkətinin əsas səhmdarıdır.  Onun varidatı 5,2 milyard avroya yaxındır. Bu yaxınlarda Povlsen ölümündən sonra bütün əmlakını övladlarına miras […]

Bakıda ərəb turistlər üçün hazırlanan lüks evlər – Fotolar

Bir müddət öncə ölkəyə gələn ərəb turistlərin sayının azalmasına baxmayaraq, son zamanlar yenidən qonaqların gəlişində artım müşahidə olunur. Minval.info xəbər verir ki, bunu nəzərə alan iş adamları ərəblərə uyğun yenilik ediblər. Belə ki, turistlərin diqqətini çəkmək və ən əsası maddi qazanc üçün şərq üslubuna oxşar mənzillər təmir olunub. Təkcə bununla bitmir, həm də bu yaşayır yerləri […]

Bibisini zorlayıb öldürən şəxs Bakıdakı həbsxanada özünü asdı

Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirov özünə qəsd edib. Medianews.az “kriminal.az” saytına istinadən xəbər verir ki, o, saxlanıldığı Şüvəlandakı istintaq təcridxanasında özünü asıb. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə çatdırıblar. M.Migirov ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur. […]

“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub. Bu barədə paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, hadisə “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, “Gənclik” metrosu yaxınlığında, “Ganjlik Mall”ın qarşısında qeydə alınıb. Hadisənin görüntüsü redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca […]

Uşaq diş məcununa olan allergik reaksiya nəticəsində ölüb – Valideynlərindən çağırış

Kaliforniyada 11 yaşlı qız uşağı tərkibində süd zülalı olan diş məcununun inqrediyentinə qarşı allergik reaksiya nəticəsində dünyasını dəyişib. AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, ölən Denizin valideynləri – Monik Altamirano və Xose Saldate öz bəyanatlarında allergiyalı uşaqları olan digər valideynləri məhsulun üzərindəki bütün məlumatları oxumağa çağırıblar. Bildiriblər ki, onların əllərinin altında daim EpiPens (adrenalin […]

Bakıda özəl xəstəxanada müalicə alan Gürcüstan vətəndaşı ölüb. Report xəbər verir ki, Yasamal rayonunda yerləşən “Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Ölən şəxs astmadan müalicə alırmış. Xatırladaq ki, aprelin 5-də adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu […]

İcra başçısı Ruslanın toyuna görə restorana təzyiq edib? - Açıqlama

AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toy məclisinin rayondakı şadlıq saraylarından birində keçirilməsinə icra başçısının təzyiq etməsi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. Bəyin atasının bununla bağlı Saatlı rayon İcra Hakimiyyətinə də çağırıldığı qeyd edilib. İddia edilir ki, görüşdə ondan nikahın pozulması tələb edilib. “Qafqazinfo” məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib […]

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. Medianews.az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. […]

Ukraynanın istənilən prezidenti dövründə Krım Rusiya ərazisi olaraq qalacaq. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Natalya Poklonskaya danışıb. “Krım Rusiyanın olub və olacaq. Bu məsələ bağlanıb. Ukrayna prezidenti buna təsir göstərə bilməz”, – Poklonskaya bildirib.

Azərbaycanlı qızların himni necə oxuması hər kəsi heyran etdi - VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə II “AGF Junior Trophy” beynəlxalq turnirində baş mükafatın sahibi olan gənclərdən ibarət yığma komandamızın qələbədən sonra Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb. Mükafatlandırma mərasimi zamanı qızlarla yanaşı, bütün zal Azərbaycan himnini ifa edib. Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa […]

Fürsət gözləyən gienalar

Cəmiyyət olaraq minuslarımızdan biri də kəmfürsətlikdir. Mətləbə keçməzdən öncə deyim ki, kimsə durub minuslarımızın miqdarına dair monitorinq aparsa, bişəkk, ortaya biabırçı nəticələr çıxar, amma şükür ki, xeyli plyuslarımız da var. Ona görə də gərək minuslarımızdan çəkinmədən bəhs edək və çalışaq ki, o minusları plyus edək. Əslində çətin deyil, – işarəsinin üstündən özü boyda şaquli xətt […]

Özünü öldürən skandinavlar haqda mif

Güman edirəm onlar bizim qəzetləri oxuyub depressiyaya düşmürlər Məni çoxdan narahat edən populyar bir yalanı ifşa etmək istərdim. Bu yalan dünyada intiharların daha çox harada, hansı ölkələrdə yayılması ilə bağlıdır. Bilmirəm bunu ilk dəfə kim, hansı məqsədlə özündən uydurub ortaya atıbdır: guya dünyada ən çox intihar edənlər avropalılar, özəlliklə də Skandinaviya xalqlarıdır. (Bir versiya var […]

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Vladimir Zelenskinin qələbəsindən sonra ölkəyə geri dönmək istədiyini deyib. Musavat.com xəbər verir ki, Ukraynanın “Obozrevatel” saytının məlumatına görə, gürcü siyasətçi artıq dönüş biletinin cibində olduğunu söyləyib. “Bileti artıq almışam. Bu gün vəkilim vasitəsilə Ukrayna Təhlükəsizlik Xİdmətinin direktoru Vasili Qritsaka məktub göndərərək mənim Ukraynaya gəlmək […]

Ukrayna prezidentliyinə namizəd, “exit-poll”un nəticələrinə görə qalib hesab olunan Vladimir Zelenski bəyan edib ki, onun ilk işi “bütün məhbus və əsirləri” ölkəyə qaytarmaq olacaq. Zelenski bildirib ki, Donbasdakı silahlı münaqişənin həlli üzrə işləri davam etdirəcək. O, həmçinin Ukraynanın Baş Prokurorunu vəzifəsindən azad edəcəyini, yeni komanda ilə işləyəcəyini qeyd edib. Zelenski Prezident Administrasiyasının yeni binaya köçürüləcəyinə […]

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında baş vermiş toqquşmada 40-dan çox insana tibbi yardım göstərilib. 30 nəfərin xəstəxanada müalicə aldığı bildirlir. “Toqquşmalar zamanı xəsarət almış 30 nəfər Telavi Referal Klinikasında müalicə alır, onlardan 27 nəfər polis, bir nəfər jurnalist, 2 nəfər isə aksiya iştirakçısıdır”,- deyə klinikanın rəhbəri Xatuna Çoniaşvili media nümayəndələrinə bildirib. Onun […]

Almaniya və Britaniya istehsalı olan lyuks avtomobillər alınandan bir müddət sonra sahibləri tərəfindən ən çox satışa çıxarılan maşınlardır. Bu barədə iSeeCars.com statistik agentliyin araşdırmasında deyilir. Bildirilir ki, sahiblərinin imtina edərək satışa çıxardığı avtomobillərin reytinqində birinci yerdə Mercedes-Benz C-Class (12,4 faiz) qərarlaşıb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq 11,8 faizlə BMW 3 Series və Land […]

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. Report-un məlumatına görə, hadisə Yasamal rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib. Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.

Bu gün Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib. Türkiyənin ATV kanalının məlumatına görə, müxalifət lideri hücumu Türkiyənin birliyinə vurulan zərbə kimi qiymətləndirib və geri addım atmayacağını dilə gətirib. “Heç […]

Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb. İnterfaks agentliyinin məlumatına görə, onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur. Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi. Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı […]