Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR

Böyük Vətən müharibəsinin cəmi 3 ilində Sergey Xudyakov polkovnik rütbəsindən marşal rütbəsinə qədər yüksəlib, amma müharibə başa çatandan sonra məlum olub ki, SSRİ Hərbi Hava Qüvvələrinin ən ali rəhbərlərindən biri əslində Sergey Xudyakov deyilmiş, sonradan müəmmalı şəkildə bu ad-soyadı götürmüş qarabağlı erməni Armenak Xanferyants imiş.

Virtualaz.org xəbər verir ki, marşalın özü ilə o dünyaya apardığı sirri barədə life.ru yazır.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Rəsmi təsvirlə quberniyanın gerbi

1950-ci il aprelin 18-də HHQ marşalı Sergey Xudyakov casusluqda ittiham edilərək güllələnib. SSSRİ-nin ali hərbi rəhbərliyinə daxil olan Xudyakovun əslində Armenak Xanferyants olduğu üzə çıxıb, uzun illər o əsl kimliyini gizlətməyə nail olub. Marşalın qohumları əmin idilər ki, o hələ Vətəndaş müharibəsi illərində ölüb, yeni ailəsi və xidmət yoldaşları isə Xanferyantsın Volqa sahilindəki kiçik şəhərcikdə anadan olduğuna heç şübhə etmirdilər.

Armenak Xanferyants 1902-ci ildə o vaxtkı Yelizavetpol (Gəncə) quberniyasının Mets Tahlar (hazırda işğal altındakı Dağlıq Qarabağda yerləşir) anadan olub. Sonradan o həbs olunanda müstəntiqlər aydınlaşdırıblar ki, Xanferyantsın atası balıqçılıq təsərrüfatının sahibi olub. Və Armenak hələ uşaq olanda ölüb.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Könüllülərin orduya yazılması

Yeniyetmə Armenakı Bakıya, muhasib işləyən qohumunun yanına göndərirlər. Həmin dövrdə Bakıda qızğın inqilabi proseslər başlamışdı, 1918-ci ildə şəhərdə ağlar, qırmızılar, ingilislər, türklər-hamısı bir-birinə qarışmışdı. Orada 16 yaşlı Xanferyantsı qohumları sonuncu dəfə görürlər. Və Armenak yoxa çıxır, hamı hesab edir ki, o vətəndaş müharibəsində ölüb. Lakin az qala 30 il sonra qohumları Armenakın sağ olduğunu və Xudyakov familiyalı sovet marşalı rütbəsinə yüksəldiyini öyrənirlər.

Xanferyants nəyə görə Xudyakov olub, bunu heç kim bilmir və erməni marşal bu sirri özü ilə o dünyaya aparıb. Amma bir neçə versiya irəli sürülür. Onlardan ən populyarı belədir ki, Bakını tərk edəndən sonra Xanferyants Qırmızı orduya daxil olub və Sergey Xudyakov adlı hansısa əsgərlə dostlaşıb. Döyüşlərdən birində Xudyakov ölüb, Armenak onun ad-soyadını özünə götürüb.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Krım konfransında sovet nümayəndə heyəti

Nəinki ad-familiyasını dəyişib, eyni zamanda özünə yeni bioqrafiya uyduraraq yeni şəxsiyyət yaradıb. Bütün sovet anketlərində göstərilirdi ki, o, Volsk şəhərinin sakinidir, atası paravoz maşinisti Xudyakovdur, anası gürcüdür. Onlar guya vətəndaş müharibəsi illərində ölüblər və qohumlarından heç kim sağ qalmayıb.

Əsl Sergey Xudyakovun kim olduğunu nə istintaq, nə sonradan marşalın reablitasiya dövründə ayrıd etmək mümkün olmayıb.

Digər versiyaya görə Armenak erməni-daşnak birləşmələri tərəfindən törədilən 1918-ci ilin mart qırğınları zamanı Bakıda türklərə əsir düşüb və erməni olduğunu gizlətmək üçün özünü rus kimi qələmə verib, nəticədə sağ qalıb.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Çörçill, Ruzvelt və Stalinin görüşü. 9 fevral 1945.

Nəhayət ən ağlasığmaz versiya belədir ki, Bakıda Armenak Beriya ilə toqquşub, ondan şikayət yazıb və qisasdan qorxaraq ad-familiyasını dəyişib. Lakin Armenakın Bakıda olduğu illərdə 19 yaşlı Beriya zavodda fəhlə işləyirdi və əhəmiyyətli fiqur deyildi. Və sona qədər aydın olmayıb ki, Armenak qohumları ilə əlaqələri niyə kəsib.

Beləliklə, ad-familiyasını dəyişib Xudyakova çevrilən erməni Qırmızı orduda xidmət edir və vətəndaş müharibəsinin başa çatmasından sonra hərbçi karyerasını seçib. Kavaler kimi xidmət edir və bu zaman xidmətdə xüsusi fərqlənmir.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR

30-cu illərdə məlum olanda ki, kavalerçilərin orduda yüksəlməsi imkanları məhduddur, onları başqa qoşun növlərinə keçirirlər. Xudyakov Hərbi Hava Qüvvələrinə düşür. 1941-ci il iyunun 22-də, müharibə başlayanda o, Qərb xüsusi dairəsinin hərbi hava qüvvələrinin qərargah rəisi vəzifəsini tuturdu, rütbəsi polkovnik idi.

Müharibənin ilk günlərində həmin dairənin hərbi hava qüvvələri ağır itkilər verirlər. Hərbi dairənin ali rəhbərliyi repressiyaya məruz qalır, amma Xudyakov nəinki salamat çıxır, əksinə, vəzifədə yüksəlib Qərb hərbi dairəsinin HHQ komandanı olur.

Xudyakovun hərbi karyerasında sürətli yüksəliş başlayır. 1942-ci ildə o, Qərb cəbhəsinin 1-ci hava ordusuna komandanlıq edir. 1944-cü ildə artıq SSRİ Hərbi Hava Qüvvələrinin komandan müavini idi, özü də marşal rütbəsində. Hətta Stalinin sevimli oğlu, 25 yaşında general olan Vasili Stalin bu cür karyera yüksəlişi ilə fəxr edə bilməzdi.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
“26 Bakı komissarının güllələnməsi” (rəssam İ.Brodski)

1945-ci ilin fevralında, Yalta konfransında Xudyakov antihitler koalisiyası üzrə müttəfiqlərin kollektiv fotosunda Stalinin çiyinləri arxasında dayanıb. Bu da onun Stalinə nə dərəcədə yaxın olduğunu göstərir.

Almaniya ilə müharibə başa çatan kimi Xudyakov 12-ci hava ordusunun komandanı təyin edilir, bu ordu Yaponiya ilə müharibə aparırdı. Xudyakovun rəhbərliyi altında Mukdenə desant çıxarılması əməliyyatı və Çinin keçmiş imperatoru, Mançjounun rəhbəri Pu İ-nin ələ keçirilməsi əməliyyatı hazırlanır.

Pu İ ilə birlikdə ələ keçirilən qənimətlərlə dolu iki təyyarə Moskvaya göndərilir. Ən geniş yayılmış versiyaya görə təyyarələr Mançjounun qızıl ehtiyatının bir hissəsini daşıyırdı. Lakin təyyarələrdən biri Moskvaya gedib çatmır, yolda müəmmalı şəkildə yoxa çıxır.

Marşalın həbsinə dair iki versiya var. Onlardan ən populyar olanına görə həbs yoxa çıxan təyyarə ilə birbaşa bağlıdır. Xudyakovu qənimət qızılları mənimsəməkdə şübhəli biliblər. Digər versiyaya görə Xudyakovun həbsi sovet HHQ-nin bir sıra komandanlarının həbs olunduğu “aviasiya işi” çərçivəsində baş tutub.

Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR

1945-ci il dekabrın 14-də Moskvaya uçarkən Çitada enən marşal gözlənilmədən həbs olunur və paytaxta  dəmir yolu ilə, konvoy altında gətirilir.

Xudyakov bioqrafiyasını dəyişdirdiyini dərhal boynuna almır. Lakin bunu etiraf edən kimi müstəntiqlərə əla kozır vermiş olur. Başqa ad-familiya altında gizlənən, sürətlə hərbi karyera qurub ölkə rəhbərliyinə sızan adam o vaxtkı sovet müstəntiqlərinə görə ancaq casus ola bilərdi. Bunun başqa izahı həmin dövrün ruhuna görə, sadəcə olaraq yox idi.

Xanferyantsı tanımaq üçün Qarabağdan xüsusi olaraq onun qocalıb əldən düşmüş dayısını Moskvaya aparırlar, qohumu Armenakı görən kimi tanıyır. Məlum olur ki, qohumları onu 30 ildir ölmüş sayırdılar və Armenakın nəinki sağ olduğu, üstəlik marşal rütbəsinə qədər yüksəldiyi onlar üçün əsl sürpriz olub.

Bu hal o qədər qeyri-adi idi ki, marşal həbs olunandan sonra 4 il yarım həbsdə olub, məhkəməni gözləyib. Həmin müddət ərzində müstəntiqlər marşalın sirrini açmağa çalışsalar da mümkün olmayıb. Nəhayət onu ittiham ediblər ki, 1918-ci ildə Bakıda olarkən ingilis kəşfiyyatı tərəfindən ələ alınıb və tapşırıq əsasında Sergey Xudyakov ad-familiyasını götürərək Qırmızı orduya daxil olub.

Habelə Xanferyantsı 1918-ci ildə 26 Bakı komissarlarının güllələnməsində iştirakda və Mançjoudan Moskvaya uçarkən yolda yoxa çıxan təyyarədəki qızılları mənimsəməkdə ittiham ediblər. Həmin təyyarənin qalıqları 1950-ci ilin əvvəllərində tayqada tapılmışdı. Aprelin 18-də marşal bütün rütbələrdən, mükafatlardan məhrum edilir və güllələnir.

Lakin Stalinin ölümündən tezliklə sonra, 1954-cü ildə Xudyakovun işinə yenidən baxırlar. Onun barəsində hökm “cinayət tərkibi olmadığı üçün” dəyişdirilir. Bir neçə il sonra isə marşal reablitasiya edilir, mükafatları onun ailəsinə qaytarılır, özü ölümündən sonra partiyaya bərpa edilir.

Hərçənd nə Xanferyantsın qohumları, nə sonrakı illərdə müstəntiqlər ayrıd edə bilmədilər ki, o ad-familiyasını niyə, hansı şəraitdə dəyişib və nəyə görə başqa ad altında yaşamağa başlayıb. Marşal ən  böyük sirrini özü ilə o dünyaya aparıb…

Загрузка...