Pasxa bayramında qətliam: 42 ölü, yüzlərlə yaralı var (FOTO/VİDEO)

Şri-Lankada kilsə və oteldə Pasxa mərasimi zamanı terror hadisəsi törədilib.

Qaynarinfo xəbər verir ki, paytaxt Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayış baş verib.

Törədilən 6 terror aktında ümumilikdə 42 nəfər ölüb, 283 nəfər yaralanıb.

Teraktın hansı təşkilat tərəfindən törədildiyi bilinmir.

Загрузка...