Gürcüstan prezidenti administrasiyasının rəhbəri Laşa Jvaniya istefaya getdiyini açıqlayıb.

L.Jvaniya bu barədə öz “Facebook” səhifəsində yazıb.

O, mart ayında prezidentə müraciət etdiyini və mayın 1-i öz vəzifəsini tərk edəcəyini açıqlayıb.

L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.

L.Jvaniya ölkə prezidentinə təşəkkür edib və patriarxlıqda işini davam etdirəcəyini bildirib.

Загрузка...