Adnan Oktarın tanınmış “kediciy”i qaçırıldı – VİDEO

Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın “kedicik”lərindən biri qaçırılıb.

BAKU.WS “haberler” saytına istinadən xəbər verir ki, Tuba Babuna həbsxanadan çıxandan sonra yoxa çıxıb.

Onun anası isə bildirib ki, qızını terror təşkilatı qaçırıb.

“Terrorçular qızımı qaçırıb, bilmədiyimiz yerə aparıblar. Ondan xəbər ala bilmirik. Qızım ağır xəstədir, bu xəstəliyi Oktarın terrorçu təşkilatında olduğu zaman başlamışdı. Müalicə alırdı, indi hansı vəziyyətdə olduğunu bilmirik”, – deyə qadın bildirib.

Qeyd edək ki, Tuba Babuna Adnan Oktarın terror təşkilatına 18 yaşında olarkən daxil olub. Daha sonra qardaşı Oktar Babuna və bacıları Eda Babuna, Ceyda Ertüzün, Hüma Babuna da onun təşkilatına qatılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.

Həbs edilənlər arasında Türkiyənin tanınmış professorlarından olan Cevat Babunanın ailəsi, Semin Babunanın beş övladı və bir nəvəsi Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilib.

Загрузка...