Nazpəri ittihamlara CAVAB VERDİ: Onun məni şantaj etməsinin səbəbi... - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva onun qardaşı qızı olduğunu deyən Pərvanə Dostəliyevanın ittihamlarına cavab verib.

BAKU.WS xəbər verir ki, müğənni sözügedən qızla heç bir əlaqəsinin olmadığını bildirib:

“Bir sənətkar olaraq hər zaman arxamca yaxşı da, pis də danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, heç zaman sənə nöqtə qoya bilməsinlər. Dostlar, bu da yeni fotomdur. Bir az da bundan danışın. Qanımı daşıyanlar ürəyimin başındadır, hamısını da mən saxlayıram”.

Bu gün bir qadının yayımladığı videolar məni açıqlama verməyə məcbur etdi. Bir xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub.

Bu böhtanların üstündən hər zaman səbrlə keçmişəm və susmaşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir.

Mənim qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Gəncliyində qardaşımın ətrafında qızlar olub, bu qız da yəqin qeyri-qanuni dünyaya gələn biridir”.

Dostəliyeva sözügedən qız tərəfindən şantaj olunduğunu deyir:

“Çox təəssüf edirəm, qardaşımın bu gənclik səhfinə görə bu gün səhfinə görə mən şantaj olunuram. Onun məni şantaj etməsinin səbəbi bu qızın anasını və özünü heç vaxt qəbul etməməyim, yaxınıma buraxmamağımdı. Mən heç zaman o qızı qəbul etməmişəm, etməyəcəm də.

Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Videodan göründüyü kimi o qızın ağlı başında deyil. Danışdıqları da cəfəngiyatdır. Ona görə də mən onun sözlərini ciddiyə almıram”.

P.Dostəliyeva yeni video paylaşaraq pula ehtiyacı olmadığını və heç kimi şantaj etmədiyini deyir:

“Mənim arzularımı ürəyimdə qoydun. Heç vaxt səndən kömək istəmədim, heç olmazsa ayağımdan çəkməzdin. Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə…”

Qeyd edək ki, xalq artistinin qardaşı Ağalar Dostəliyevin qeyri-rəsmi nikahdan doğulmuş qızı Pərvanə Dostəliyeva atası, bibiləri barədə çox ağır ittihamlar səsləndirir:

“İllər əvvəl paylaşa bilmədiyim dərdimi danışmağa qərar verdim. Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim 24 yaşımda məşhur olardım. İstedadım var idi. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb.

Anamı bədbəxt edib, küçələrə saldılar. Zeynəb anamı təhqir edirdi. İndi 72 yaşın var, bacın da səndən 10 il balacadır. Görün, nə gündəsiniz. Hamısını kişilərə görə edirdiniz. Kişilərin sayəsində bu günlərə gəlib çıxmısınız. Övladım bu dərdi eşitdi. Qızım özünü balkondan atırdı, anam icazə vermədi. Əgər, qızıma ölmüş olsa idi, Nazpərini gəlib, biçərdim. Süni gülüşləri var. Onların xoşbəxt olmağını görüb, yanıram. Anamın həyatını puç elədilər. Yaxşı, mənim günahım nə idi? Anama min dənə ad qoydunuz. Sizi yanasınız! Qardaşın İlqar Dostəliyev anama sataşmışdı. Qardaşın, mənim atam Ağalar kişi deyil. Kişi olsa idi, qızına ilk dəfə Zeynəbin blokunda, sonra 10 gün Zeynəbin evində təcavüz etməzdi. Nazpəri, səndən it kimi qorxurdum. Nazpəri məni yer üzündən yox edərdi. Hansı üzlə insanların qarşısına çıxırsan?”

Загрузка...