Britaniyalı aktrisa və model Maya-Lesiya Neylor 16 yaşında qəflətən ölüb.

Oxu.Az xəbər verir ki, modelin ölüm səbəbi haqqında ətraflı məlumat olmasa da, bildirilir ki Neylor özünü halsız hiss edib və yerə yıxılıb.

Maya-Lesiya məşhur layihələrdə çəkilə bilməsədə, Hollivudun məşhur aktyorları Tom Henks və Holi Berri ilə tərəf müqabili olub.

O “Bulud atlasında”, “Gözəl yaşamağı qadağan etmək olmaz” seriallarında və “Qırmızı kod”, “İndeks Zero” filmlərində canlandırdığı obrazlarla məşhurluq qazanıb.

Neylor sonuncu müsahibəsində böyük ümüdlərlə gələcək planlarından danışıb, həyatını musiqiyə bağlayacağını dilə gətirmişdi.

Загрузка...