Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub. Tofiq İsgəndərovun yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min manat şirkətə borclu qalıb. Ona borcun qaytarılması üçün aprelin 15-dək vaxt verilsə də, T.İsgəndərov marketin pulunu TOPAZ-da uduzduğundan […]

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Azərtac xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt […]

İctimai Televiziyanın sabiq əməkdaşı Aytac Vahabovanın qardaşı dünyasını dəyişib. ONA-nın xəbərinə görə, bu barədə A.Vahabovanın dostları sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, 18 yaşlı Teymur Vahabov avtomobil qəzasında həlak olub. Qeyd edək ki, bu, Vahabovlar ailəsində yaşanan ikinci faciədir. 2016-cı ilin fevralında ailənin 23 yaşlı qızı Nigar Vahabova intihar etmişdi.

Gərək elə edək ki, digər uşaqlar da Elinanın aqibətini yaşamasınlar – Tanınmış psixoloq

“Son günlər gündəmi alan Elinanın ölümü həm məktəbliləri, həm də onlara dərs deyən müəllimlərin psixi durumunu bərbad vəziyyətə gətirib çıxarıb desəm, yanılmaram. Hətta bu, birbaşa onların təhsil keyfiyyətini də aşağı salıb. Hadisənin abituriyentlərin imtahan dönəmində baş verməsi birbaşa onlarda psixi hal və davranış pozuntuları ilə bərabər, depressiyalara, yaranacaq psixi sindromlara da yol açdı”. Bu barədə […]

Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq - VİDEO

“Minimum əmək haqqının, pensiyanın təxminən 40% qaldırılması önəmli addımdır. Artım böyük olsa da bu bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”. BAKU.WS xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən bildirib. Dövlət […]

Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Sosial şəbəkələrdə gecə klublarının bağlanması haqqında təkliflər də irəli sürdülər. Bu təkliflər barədə Modern.az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud […]

Azərbaycanda daha bir orta məktəbdə biabırçılıq – VİDEO

Dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gülsabah Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd etdiyini və bunun səs-küy yaratdığı haqqında məlumat vermişdik. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi. Bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları […]

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və […]

Bakıda son zamanlar geniş yayılmış gel ilə burun düzəltmə adlı inyeksion rinoplastika az qala bir qızın burnunu itirməsi ilə nəticələnəcəkdi. Rayonlardan birində burnuna kosmetoloq vasitəsilə filler dolğu etdirən 24 yaşlı qız 3 gün sonra burnunun qaraldığını görür. Kosmetoloquna zəng edib, bu barədə desə də, o “keçəcək, maz çək” deyib. Lakin 5 gün sonra burnunun çürüdüyünü […]

Bakıda məşhur müğənninin oğlu adam öldürüb – Yeni detallar

Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. “News24.az” xəbər verir ki, Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun […]

Pərvin Abıyeva sərxoş vəziyyətdə hava limanını bir-birinə qatdı – VİDEO

Aktrisa Pərvin Abıyevanın sosial şəbəkədə əlində içki olan görüntüləri yayılıb. Minval.info xəbər verir ki, əvvəlcə rəfiqəsi, model Səmra Hüseynova ilə İstanbul-Bakı aviareysində spirtli içki qəbul edən Pərvin daha sonra hava limanında qəribə görüntülər sərgiləyib. “Show news” səhifəsi isə Aysel Qəribova adlı xanımın İnstaqram hesabında aktrisanın çamadanların üstünə çıxıb, qışqırması barədə iddialar irəli sürüb. “Bu gün […]

Atası tərəfindən təcavüzə uğradığını deyən Nazpərinin qardaşı qızı FOTOLAR YAYDI

Dünəndən etibarən Nazpəri və Zeynəb Dostəliyevaların qardaşı qızı Pərvanənin atası Ağalar Dostəliyev barədə səsləndirdiyi şok ittihamlar gündəmi zəbt edib. O, instaqramda ard-arda videolar paylaşaraq 6 yaşında atası tərəfindən təcavüzə məruz qaldığını iddia edib. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xalq artisti N. Dostəliyeva isə əvvəlcə Pərvanə adlı xanımı tanımadığını bildirsə də, daha sonra instaqramda status […]

Kişi arvadını belə döyməlidir: Qətərli sosioloqdan dərs – VİDEO

Müsəlman kişisinin həyat yoldaşını necə cəzalandırması ilə bağlı maraqlı video yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Verilən məlumata görə, Qətərin tanınmış sosioloqu Abd əl-Əziz əl-Xazrac bu barədə müsəlman kişilərə video dərs keçib. Yayılan videoda sosioloq qadınla davranış və onun cəzalandırılması üsullarını öyrədir. “İlk növbədə biz anlamalıyıq ki, ailənin başçısı kişidir. […]

Aysel Əlizadə ailəsini dağıtdığı qadının evindən çıxarıldı - VİDEO

Gənc müğənni Aysel Əlizadəni ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfova ərini ala bilmsə də, evini ondan geri ala bilib. BAKU.WS-in məlumatına görə, bu barədə Nəcəfova Xəzər Tv-də yayımlanan “Səni axtarıram” verilişində açılama verib. Onun sözlərinə görə, məhkəmənin qərarına görə Aysel Əlizadə evini geri qaytarmağa məcbur olub. Daha ətraflı videoda:

Hollandiyanın Utrext şəhərində bir qrup polisin hicablı bir qadını təpikləyib, yumruqlamasını əks etdirən görüntülər sosial şəbəkələrdə böyük narazılığa səbəb olub. Dailymotion xəbər verir ki, şübhəli şəxsi saxlayan və kobud rəftar edən polisə ətrafdakı insanlar müdaxilə ediblər. Yerə yıxılmış qızı polisin kobud davranışından qorumaq istəyən hicablı qadın özü çətin vəziyyətə düşüb. Belə ki, polis əvvəlcə qadını […]

800 min dollarlıq mənimsəmə faktı ilə ittiham edilən sabiq Peru prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. Medusa xəbər verir ki, 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya bir neçə saat komada qaldıqdan sonra həyatını itirib. Qeyd edək ki, Alan Qarsiya iki dəfə – 1985-1990 və 2006-2011-ci illərdə prezident […]

ABŞ-ın Nyu-York şəhərində “World Car of the Year 2019″ müsabiqəsinin qalibləri elan edilib. “Jaguar I-Pace ” 3 nominasiya üzrə – “İlin avtomobili”, “İlin dizaynı” və “Ekoloji avtomobil” mükafatlarına ” layiq görülüb. İlin ən lüks avtomobili adına “Audi A7”, ilin hiperkarı adına isə “McLaren 72OS” seçiliblər. Şəhər üçün ən yaxşı avtomobil adını “Suzukii Jimny” qazanıb. “World […]

Moskvanın Vnukovo hava limanından havalanan təyyarəni alov bürüyüb. Gazeta.ru-nun məlumatına görə, təyyarə havaya qalxmaq istədiyi anda ikinci mühərrik alovlanıb. Sərnişinlərdən biri alovu görüb xəbər edincə, təyyarə dayandırılıb, sərnişinlər təxliyə edilib. Hadisənin səbəbi araşdırılır.

Planetimizin plastik tullantılarla çirklənməsi son illərdə qlobal problem halını alıb və dünya ölkələrinin həllli uğrunda çalışdığı məsələyə çevrilib. İsrailli kimya mühəndisi Şeron Barak bir neçə yüz il ərzində planetə zərər vuracaq plastik tullantıların bir neçə dəqiqədə suda əriməsini təmin edən formul tapıb. AdMe.ru-nun məlumatına görə, Şeron Barakın kəşf etdiyi yeni plastik növləri bir neçə dəqiqədə […]

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 28 nəfər ölüb. RİA Novosti-nin məlumatına görə, ölənlərdən 11-i kişi, 17-si qadındır. Ölənlərin hamısının Almaniya vətəndaşı olduğu bildirilir. Həmçinin portuqaliyalı sürücü və bələdçinin yaralandığı bildirilir.

38 gün öncə itlərin hücumuna və qapmasına məruz qalan Həsənli Cavid Qəhrəman oğlu bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Bizimyol.info xəbər verir ki, Ağstafa rayonu Yuxarı Göyçəli kənd sakini olan 1998-ci il təvəllüdlü Həsənli Cavid Qəhrəman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib. Ölüm hadisəsi ilə bağlı danışan, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş […]

Yelsk Universitetinin alimləri ölmüş donuzun beynini ölüm təsdiq edildikdən 4 saat sonra diriltməyi bacarıblar. Beynin yenidən canlanması üçün mütəxəssislər süni qan dövranı və xüsusi zülal kokteylindən istifadə ediblər. Nature jurnalının məlumatına görə,alimlər xüsusi avadanlığa qoşulmuş ölmüş beyinin 4 saat sonra oksigen çatışmazlığına davamlı olduğunu və süni qan dövranına qoşulduqdan sonra kiçik kapilyarların işinin bərpa edildiyini […]