Çilidə “Camanchaca” şirkətinə məxsus yüngülmotorlu təyyarə yaşayış evlərinə çırpılıb. Təyyarədə olan 6 nəfərin hamısı həlak olub.

“24 horas” portalının yaydığı məlumata görə, Puerto-Mont şəhərində təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb.

Hadisə baş verərkən evlərin yaxınlığında olan bir qadın ağır yaralanıb. Ona kəllə beyin travması və kontuziya diaqnozu qoyulub.

Qəzasının təfərrüatı araşdırılır.

Загрузка...