Bakıda satıcı qızı belə aldatdılar - VİDEO

Bakıda satıcı qız dələduz tərəfindən aldadılıb.

Bu barədə BAKU.WS-ə mağaza sahibi bildirib. Verilən məlumata görə, dələduzluq Binəqədi rayonunda yerləşən mağazalardan birində baş verib.

Belə ki, dükana daxil olan kişi satıcı qıza 20 manat pul göstərib. Daha sonra pulun qalığını qaytarmağa başı qarışan satıcı qızın diqqətsizliyindən istifadə edən dələduz barmaqlarının ucu ilə verdiyi 20 manatı ehmalca götürüb.

Daha sonra təqdim etdiyi pul qalığını və siqareti satıcıdan alıb və mağazadan çıxıb.

Həmin anlar müşahidə kamerasına düşüb. Görüntüləri təqdim edirik:

Загрузка...