Prezident İlham Əliyev:

“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim”.

ONA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev rəsmi “twitter” səhifəsində yazıb. “Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”,- deyə ölkə başçısı qeyd edib.

Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın söndürülsə də, tüstülənmə davam edir.

Загрузка...