Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

SDU-dan isə “Report”a bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetdə aprelin 15-də gəlib.

Загрузка...