Bakıda Aprel ayının 12-də kollecdə 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conun dava salıb.
Davada iştirak edən Aidə Əsədovanın həyat yoldaşı Rəfael Əsədov BAKU.WS-ə hadisə barədə ətraflı məlumatlar verib.
O, bildirib ki, əslində baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.
“Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb. Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib”, – deyə Rəfael Əsədov bildirib.