22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü - FOTO

Nyu-York şəhərində 22 yaşlı tələbə faciəli şəkildə ölüb.

BAKU.WS New York Post-a istinadən xəbər verir ki, Sidni Monfris buraxılışa bir neçə həftə qalmış xatirə şəkli çəkdirmək üçün təhsil aldığı Fordem universitetinin hündürlüyü 12 metr olan qülləsinə çıxıb.

22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü - FOTO
Sidni səhər tezdən dostları ilə birlikdə dar pilləkənlə qüllənin başına çıxıb. “İnstagram” hesabında paylaşmaq üçün selfi çəkərkən müvazinətini itirərək aşağı yıxılıb.

Gənc qız aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Sidni Jurnalistika fakultəsinin tələbəsi idi. O, “InStyle” nəşrində təcrübə keçirdi.

22 yaşlı tələbə qız buraxılış imtahanına həftələr qalmış faciəli şəkildə öldü - FOTO

Загрузка...