Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.
“Bizə 10-dan artıq qadın maşinist müraciət edib. Lakin hələlik bir qasdın bu vəzifəyə uyğun bilinib. Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb”, – deyə Bəxtiyar Məmmədov bildirib.
Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.