Hacı Əliyev:

“Gördüyünüz kimi çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim”.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 65 kq-da çıxış edən sərbəst güləşçimiz ardıcıl olaraq Belarus, Ermənistan, Rusiya, Moldova və Türkiyə güləşçilərinə qalib gələrək üçüncü dəfə analoji yarışın qalibi olub. Titulunu qoruyan üçqat dünya çempionumuz Azərbaycan Güləş Federasiyasının rəsmi saytına qələbə təəssüratlarını bölüşüb: “Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram”.

Загрузка...