Ukrayna prezidenti Petro Poroşenko prezidentliyə namizəd və birinci turda ondan daha çox səs toplamış Vladimir Zelenskininin debat çağırışına cavab verib.

“112 Ukraina” xəbər verir ki, Poroşenko debatın aprelin 14-də keçiriləcəyini elan edib:

“Düşünürəm ki, saat 19:00 və ya 20:00 ən yaxşı vaxtdır”

Prezidentliyə namizədlərin debatının Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsi gözələnilir.

Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, seçkilərin birinci turunda seçicilərin 30,24 faizi Zelenskiyə səs verib. Poroşenko isə 15,95 faiz səs qazanıb.

Yuliya Timoşenko 13,4 faiz, Yuri Boyko 11,67 faiz, Anatoli Qritsenko 6,91 faiz, İqor Smeşko 6,04 faiz, Oleq Lyaşko 5,48 faiz səs toplayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Загрузка...