Amerikalı gimnast qız Samanta Kerio ABŞ-ın Milli Tələbə İdmanı Assosiasiyası (NCAA) yarışlarında hər iki ayağını sındırıb.
Virtualaz.org “The Sun” nəşrinə istinadən xəbər verir ki, Kerio yarışda icra etdiyi hərəkətlərdən sonra yerə çox uğursuz eniş edib və onun hər iki ayağı sınıb.
Bundan sonra o, idmançı kimi karyerasını bitirdiyini deyib. “Bu. gimnast kimi karyeramda sonuncu çıxış idi”, – Kerio bildirib.