İki gün əvvəl intihar məqsədilə özünü məktəbin 3-cü mərtəbəsindən aşağı atan 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva öldü.
BAKU.WS xəbər verir ki, 15 yaşlı şagird təxminən 1 saat əvvəl dünyasını dəyişib.
Bu barədə uşaq hüquqları müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Qeyd edək ki, Elina Hacıyeva hadisədən sonra Klinik Tibbi Mərkəzin reanimasiyasına yerləşdirilmişdi. Ona çanaq sümüyünün sınığı, döş qəfəsinin və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulmuşdu.