2017-ci il aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya ploşad” və “Texnoloji institu” stansiyaları arasında baş verən terror aktının 2-ci ildönümüdür.
Modern.az xatırladır ki, həmin hadisə zamanı əksəriyyəti tələb olmaqla 16 nəfər həlak olmuşdu.
Dəhşətli terror zamanı həyatını itirənlər arasında Sankt-Peterburq Universitetinin azərbaycanlı tələbəsi Dilbər Əliyeva da var idi. Rusiya vətəndaşı olan Dilbər Əliyeva 1996-cı ildə Sankt-Peterburqda anadan olsa da, valideynləri əslən gürcüstanlı idilər.
Psixologiya fakultəsində təhsil alan gənc tələb Bakının Dədə Qorduq qəbirsatnlığında torpağa tapşırılıb.
16 nəfərin ölümü, 100 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsini Qırğızstan vətəndaşı Akbarjon Xəlilov törətmişdi. O da hadisə zamanı ölmüşdü. Aksiyanın təşkilatçısı olan daha bir qırğızıstanlı Abror Azimov isə ömürlük azadlıqdan məhrum edilib.