Məşhur “France Football” nəşri dünyanın ən yüksək qazanc əldə edən futbolçularının siyahısını dərc edib.

ONA-nın məlumatına görə, İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messi hamını qabaqlayır.

Cənubi amerikalının illik qazancı 130 milyon avro təşkil edir. Portuqaliya millisinin və İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldoda bu rəqəm 113 milyon avrodur.

Maaşlar, mükafatlar və digər qazancların ümumi məbləğinə görə tərtib olunan siyahıda Fransa PSJ-sinin braziliyalı forvardı Neymar üçüncüdür. “Sambaçı” ildə 91,5 milyon avro əldə edir.

“France Football”ın “Top-5”ində İspaniya “Atletiko”sunda çıxış edən fransalı Antuan Qrizmann (44 milyon avro) və İspaniya “Real”ının uelsli yarımmüdafiəçisi Qaret Beyl də (40,2 milyon avro) yer alıblar.

Загрузка...