“Barselona”nın hücumçusu Lionel Messi “Yuventus”lu rəqibi Kriştianu Ronaldu ilə mübarizə aparmaq üçün darıxdığını söyləyib.

“Onunla eyni meydanda oynamaq çətin olsa da, xoş idi.Ronaldu “Real”da oynayanda kuboku qazanmaq gözəl hiss idi. O yenə həmin komandada oynasa sevinərdim”,- deyə Messi müsahibəsində bildirib.

Ronaldu 2009-2018-ci illərdə “Real” komandasının tərkibində oynayıb. 2018-ci ilin yayından ulduz futbolçu 100 milyon avro qarşılığında “Yuventus”a transfer edib.

Загрузка...