İtaliya milli komandasının və “Fiorentina”nın futbolçusu Federiko Kyeza yol nəqliyyat hadisəsinin iştirakçısı olub.

ONA-nın məlumatına görə, 21 yaşlı hücumçunun idarə etdiyi avtomobil motosikletlə toqquşub.

Hadisədən futbolçu xəsarət almasa da, qəzadan sonra motosikletçi xəstəxanaya çatdırılıb. Onun durumu barədə məlumat açıqlanmır.

Qeyd edək ki, Kyeza bir neçə gün əvvəl zədə səbəbindən İtaliya yığmasının düşərgəsindən ayrılıb. Bu səbəbdən hücumçu klubunun məşq prosesindən də kənar qalıb.

Загрузка...