Əli İnsanov partiya yaradır - Ən Yeni Azərbaycan Partiyası

Yaxın zamanlarda Azərbaycanda yeni partiya yaranması elan olunacaq və onun başında sabiq səhiyyə naziri Əli İnsanov duracaq.

Medianews.az news24.az-a istinadən xəbər verir ki, partiya Ən Yeni Azərbaycan Partiyası adlanacaq.

Etibarlı mənbədən əldə edilən məlumata görə, bu Partiyada Əli İnsanova qoşulanlar arasında keçmiş millət vəkili Maksim Musayevin, Rizvan Cəbiyevin, keçmiş nazir Əli Nağıyevin, habelə Binəqədi rayonunun keçmiş icra başçısı, əslən Qərbi Azərbaycandan olan Elşad Musayev, jurnalist Əvəz Zeynallı və başqalarının olacağı gözlənilir.

Məlumatda o da bildirilib ki, partiyanın ilk qurultayının mayın 28-də keçirilməsi qərara alınıb.

Загрузка...