“Mən bu sənət yolunda qurbanlar vermişəm, həlak olmuşam” sözünü sevmirəm. Ay bacı, ay qardaş, nəyi qurban vermisən?”
BAKU.WS xəbər verir ki, bu sözləri əməkdar artist Sənubər İsgəndərli İTV-də yayımlanan “Dikdaban” proqramında səsləndirib.
Aktrisa insanın sevdiyi sənətlə məşğul olmasının xoşbəxtlik gətirdiyini söyləyib:
“Əgər sevdiyin sənətlə məşğul olmusansa, bu, sənə yalnız xoşbəxtlik gətirib. Sevdiyim işlə məşğulam, işə gedəndə xoşbəxt oluram. Bütün sahələrdə problemlər olur. Heç vaxt demərəm ki, ömrümü bu sənətdə çürütmüşəm”.