Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşı idmançısı seçilib.

Oxu.Az xəbər verir ki, 65-ci dəfə “Gillette” və “Milliyyət” qəzetinin birgə keçirdiyi mükafatlandırılma mərasimi “Volkswagen Arena”da baş tutub.

Ramil Quliyevə “İlin İdmançısı” mükafatını Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu verib.

Qeyd edək ki, Ramil Quliyev ötən il də Türkiyənin ən yaxşı idmançısı seçilmişdi. O, dekabrda Balkan Atletik Federasiyaları Assosiasiyası tərəfindən “İlin kişi atleti” mükafatını da qazanmışdı.

Ramil Quliyev Türkiyənin ən yaxşı idmançısı seçildi - FOTO

Загрузка...