Almaniyanın “Bavariya” klubu İspaniyanın “Atletiko” komandasının futbolçusu Lukas Ernandesi heyətinə qatıb.

Almaniya klubu 23 yaşlı Ernandes üçün “Atletiko”ya 80 milyon avro ödəyib. Müqavilə 2024-cü ilə qədər qüvvədə olacaq.

Gazeta.ru xəbər verir ki, ulduz futbolçu iyulun 1-dən yeni komandasına qoşulacaq.

Lukas Ernandes 2014-cü ildən “Atletiko”nun şərəfini qoruyur.

O, 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır.

Загрузка...