Rumıniya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.
“RİA Novosti”nin məlumatına görə, bununla bağlı Rumıniyanın baş naziri Viorika Dançile məlumat verib.
“Amerika – İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında Rumıniyanın İsraildəki səfirliyini Qüdsə köçürəcəyi ilə bağlı qərarı açıqlamaqdan şadam”, – o deyib.
Onun sözlərinə görə, Rumıniya və İsrail hökumətlərinin birgə iclası baş tutacaq.