Müğənni Ayan Babakişiyeva ailə dağıtmaqda ittiham edilən həmkarı Aysel Əlizadənin müdafiəsinə qalxıb.

BAKU.WS xəbər verir ki, ifaçı “ATV maqazin onlarla” proqramında Ayselin günahsız olduğunu bildirib:

“Ayselin şəkli efirlərdən düşmür. Ay balam, burada Ayselin nə günahı var? Bu ailə dağılırsa, dağılacaq. Bu kişi istəsə, onu həkimlə də, müəllimlə də aldadar. Burada Ayselin heç bir günahı yoxdur. Söhbət başqa müğənnidən də gedə bilər.

Haqsızlığa dözə bilmərəm. Sabah çıxıb deyəcəklər ki, elə ikiniz də birsiniz. Bir ailə dağılırsa, ona el də yığılsa, kömək edə bilməz”.

Загрузка...