Emin Milli Əli İnsanov haqda yazdı:

Siyasi mühacir, Meydan TV-nin rəhbəri Emin Milli sosial şəbəkədə yeni etdiyi paylaşım ilə müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, Emin Milli yeni azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanova çağırış edib.

O, özünün feysbuk səhifəsində bu sözləri yazıb: “Əli İnsanov etiraf etməlidir, üzr istəməlidir və siyasətdən getməlidir”

Onun bu sözləri birmənalı qarşılanmayıb. Müzakirələr zamanı bu sözləri yazanın Emin Milli olmadığını, Əli İnsanovun siyasətlə məşğul olmağa haqqı olduğunu və s. bu kimi fikirlər yazılıb.

Qeyd edək ki, bundan əvvəl də Emin Milli sosial şəbəkədə “İlham Əliyevə təbrikim” adlı yazısı ilə geniş müzakirələrə səbəb olmuşdu.

Emin Milli Əli İnsanov haqda yazdı:

Загрузка...