Afətdən Brilyanta sərt cavab:

Müğənni Afət Fərmanqızı xalq artisti Brilyant Dadaşovanın onunla Flora Kərimova arasında yaşanan qalmaqala qoşulmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, ifaçı Dadaşovanı sosial şəbəkədə təhqir edib:

“Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm. Kimliyindən asılı olmayaraq, xalq artistidir, hər kimdir. Getsin, hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun”.

Qeyd edək ki, Dadaşova F. Kərimovaya dəstək olub və həmkarlarını susmamağa çağırıb.

Xadırladaq ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə onun “Qaynana” filmindən olan kadrını paylaşaraq “Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam”-, deyərək etirazını bildirmişdi.

İkili arasında qalmaqla ötən gündən yenidən qızışıb.

Загрузка...