Qırğızıstan Prezident Aparatının keçmiş rəhbəri Emilbəy Kaptaqayev Bişkekin adının dəyişdirilərək Manas adlandırılmasını təklif edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kaptaqayev bu təkliflə öz “Feysbuk” səhifəsində çıxış edib.

O, həmçinin Bişkek adının paytaxtın rayonlarından birinə-Sverdlovsk rayonuna verilməsini təklif edib.

Qeyd edək ki, bundan öncə Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilərək Nur-Sultan olub.

Загрузка...