Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO

İsveçrədə Azərbaycan üçün istehsal olunmuş sərnişin qatarı Mərmərəni keçərək Qarsa çatıb.

“Hürriyet”in məlumatına görə, güclü qarın müşayiəti ilə Qarsa girən qatarın ilk sərnişinləri bəy və gəlin olub.

Gülsüm-Qasım Səid cütlüyü qatarda xatirə şəkli çəkdirib.

Bu qatarın Mərmərəni keçən ilk beynəlxalq qatar olduğu bildirilir.

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən İsveçrədə sifarişlə hazırlanan qatar Ankara- Bakı marşrutu üzrə hərəkət edəcək.

Qatar öncə Tibilisiyə, oradan da Bakıya doğru yol alacaq.

Загрузка...