Füzuli rayonunda sərnişin qatarı ilə “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo “Report”a istinadən xəbər verir ki, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü – 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Загрузка...