ATV-nin “İdman Xəbərləri” verilişinin aparıcısı Vüsal Qurbanovun evindən oğurluq olub.
Qaynarinfo “ATV Xəbər”ə istinadən xəbər verir ki, hadisə martın 22-də baş verib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul oğurlanıb.
Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.