WhatsApp-da yeni funksiyalar olacaq

WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər. Trend-in məlumatına görə, funksiya “yönləndirmə haqqında məlumat” adlanır.

Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.

Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq.
İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.

Загрузка...