Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı – VİDEO

Bu gecə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Asəf Zeynallı 31 ünvanında qeydə alınıb.

Sakinlərin BAKU.WS-ə verdikləri məlumata görə, binanın birinci blokunda zirzəmidə qalan “bomj” qadın yanğını törədib. Belə ki, bir neçə gündür həmin zirzəmidə qalan qadın dəfələrlə orada isinmək üçün taxta və kağız yandırırmış. O, bir neçə dəfə zirzəmidə quraşdırılan su xətlərini də dağıdıb.

Bina sakinlərinin sözlərinə görə, qadın narkomandır və səhərlər blokun qabağında iynə ucluqları tapılır.

Bu gecə də “bomj” qızınmaq üçün zirzəmidə ocaq qalayıb. Ehtiyatsızlıqdan alovun miqyası böyüyüb və tüstülənmə ilə nəticələnən yanğın hadisəsi baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis çağırılıb. Hadisəni törədən qadın isə oradan qaçıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın dərhal söndürülüb. Araşdırma zamanı zirzəmidə quraşdırılan taxta yatağın və kağız parçalarının yandığı məlum olub.

Əraziyə gələn Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşlar hadisə ilə bağlı lazımı ölçü götürüləcəyini bildiriblər.

Qeyd edək ki, hadisə zamanı zirzəmidəki su boruları dağılıb. Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə bildirdi ki, problem aradan qaldırılacaq.

Загрузка...