Abu Dabinin 63 yaşlı multi milyarder şeyxi sayılan Hamad bin Hamdan Al Nahyanın avtomobil kolleksiyası görənləri heyrətə gətirir.

Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə Hamad bin Hamdan Al Nahyanın yüzlərlə bahalı avtomobildən bir muzeyi var.

Muzeydə klassik avtomobillərdən əlavə özəl hazırlanmış dünyada yalnız 1 ədəd olan avtomobillər də yer alır. Hamad bin Hamdan Al Nahyan illərdir bu avtomobillər ilə maraqlanır. Özünəməxsus avtomobillər hazırlatdırır. Dəyərləri milyon dollarlarla ölçülən avtomobillərin sayı 200-dən çoxdur. Bir neçə il bundan əvvəl evini piramida şəklində tikdirən, dünyanın ən böyük yük maşınını hazırlatdıran milyarder şeyx son avtomobili ilə də gündəmə gəlib.

63 yaşlı milyarder şeyxin avtomobil kolleksiyasından maraqlı fotoları sizlətə təqdim edirik.

Загрузка...