İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo İspaniyada səç əkimi klinikası açıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərə əsasən, klinikaya “İnsparua” şirkəti rəhbərlik edəcək. Ronaldo səhiyyə müəssinindən 50 faiz paya sahib olacaq.

“Saç tökülməsi Avropa və bütün dünyada problemə çevirilib. Biz insanlara bu sahədə köməklik etmək istəyirik. İnsanlar bizə müraciət etməkdən utanmamlıdırlar. Hər kəs öz görüşünə diqqət edir. Mən də bunların tipik nümunəsiyəm. Bu layihə ispanlara və İspaniya iqtisadiyyatına kömək edəcək”, deyə portuqaliyalı ulduz açılış mərasimində söyləyib.

Загрузка...