Rusiya prezidenti Vladimir Putin bildirib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda Cümə Məscidinin açılış mərasiminə dəvət edib.

RİA Novosti-nin xəbərinə görə, Rusiya prezidenti bu barədə Krımda, ictimaiyyət nümayəndələri ilə görüş zamanı məlumat verib.

“Mən artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət etmişəm. O dəvətimizi müsbət qarşılayıb. Baxaq görək,onun gəlməyə zamanı olacaqmı”,- deyə Putin bildirib.

Загрузка...