Ermənistanda polis əməkdaşına qarşı özünə qəsdən xəsarət yetirmək maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə “Novosti Armeniya”xəbər yayıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində Ermənistan Polis Qoşunu xidmət edir. Ermənistan İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, 2018-ci il sentyabrın 2-də ittiham saxtakarlıqda ittiham olunan polis cəbhə bölgəsində xidmətdən yayınmaq məqsədilə snayper tüfəngi ilə çiyin nahiyəsinə atəş açaraq özünü yaralayıb.

Ermənistan Müdafiə Nazirliyinə polis əməkdaşının Azərbaycan tərəfdən açılan atəş nəticəsində vurulduğu bildirilib.

O, bu əməlindən sonra “Polis qoşunlarında əla xidmətə görə” döş nişanı ilə təltif edilib.

Ancaq sonra araşdırmalar nəticəsində polisin yalan dediyi, ona verilən 12 güllənin boş yerə istifadə olunduğu məlum olub. Əldə edilən dəlil-sübutlara əsasən, hərbi xidmətdən müvəqqəti yayınma, süni sübut yaratmağa cəhd, hərbi mülkiyyəti israf etmək maddələri üzrə cinayət işi başlanılıb, istintaq davam edir.

Загрузка...