Bakıda avtobus dəhşətli qəza törətdi – VİDEO

Qara Qayarev prospektində, “8-ci kilometr bazarı”nın​ önündə 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib.

Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb.

Nəticədə 4 maşına ciddi ziyan dəyib, yaralananlar var.

Hadisə yerinə çoxsaylı təcii yardım və xilasetmə maşınları cəlb edilib.

Qəza nəticəsində Qara Qarayev prospekti şəhər istiqamətində tamamilə bağlanıb.

Загрузка...