Gəncədə ilk dəfə olaraq Retro Avtomobillərinin sərgisi kecirilib.

ONA-nın qərb bürosunun məlumatına görə, sərgi “Avtoklub Azərbaycan” tərəfindən təşkil olunub.

Sərgiyə Qafqazın ən böyük ticarət mərkəzi olan “Qrand-Qafqaz” ticarət mərkəzi ev sahibliyi edib. “Avtoklub Azərbaycan” klubu isə bayram ərəfəsində avtomobil sevərlərə daha bir bayram abu-havası yaşadıb. Sərgidə 20-ci əsrin ortalarında istehsal edilən 20-dən artıq avtomobil iştirak edib. Bayram abu-havasının tamamlanması ücün Novruz atributları olan Kosa və Keçəl də tamaşaçıları şənləndirib.

Klub rəhbəri Natiq Əliyev bildirib ki, klub 2017-ci ildə sürücülərin sosial şəbəkələrdə etdikləri coxsaylı müraciətlər əsasında yaranıb. Artıq minlərlə üzvü olan klubun əsas məqsədi hər bir növ avtomobil sahibinin avtomobillərə aid suallarının mütəxəsislər tərəfindən düzgün tövsiyələrlə cavablandırmaq, lazım gəldikdə köməklik göstərməkdir.

Gəncədə retro avtomobil sərgisi keçirilib -FOTO

Загрузка...