Avropa İttifaqı (Aİ) prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri, bloqqer və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.

Bildirilib ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir:

“Aİ əməkdaşlığı, eyni zamanda bu əlaqələrdə mühüm element sayılan insan haqları sahəsində münasibətləri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə davam edəcək”.

Загрузка...